Ermənistan Müdafiə Nazirliyində Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyətinin İrəvana səfəri barədə məlumat yoxdur.
Baymedia.az xəbər verir ki, bunu Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan deyib.
Torosyan qeyd edib ki, belə bir görüşün keçirilməsi nəzərdə tutulmayıb.
Qeyd edək ki, Rusiya mətbuatı Qarabağdan sülhməramlıların çıxarılmasının vaxtını müzakirə etmək üçün bu gün Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyətinin İrəvana gedəcəyi barədə məlumat yayıb.