• 15 İyul 2025
logo
ABŞ Suriyada Türkiyə PUA-sını vurdu

ABŞ Suriyada Türkiyə PUA-sını vurdu

Türkiyənin “Bayraqdar” PUA-sı Suriyanın Hasekə bölgəsi üzərində ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri tərəfindən vurulub.

Baymedia.az xəbər verir ki, bu barədə “Əl Mayadin” nəşri mənbələrə istinadla məlumat yayıb.

“Türkiyənin “Bayraqdar” PUA-sı Hasekənin şimal-qərbindəki Tel-Beydar yaşayış məntəqəsində vurulub”, - məlumatda qeyd olunub.

Mənbələrin bildirdiyinə görə, pilotsuz təyyarə koalisiya bazasının hava məkanına daxil olduğu üçün vurulub.