• 27 İyul 2024
logo
Yorulmamışıq, Kiyevə dəstək davam edəcək - Pevkur

Yorulmamışıq, Kiyevə dəstək davam edəcək - Pevkur

NATO ölkələri Ukraynanı dəstəkləməkdən yorulmayıb.

Baymedia.az xəbər verir ki, bunu Estoniya müdafiə naziri Hanno Pevkur deyib.

Onun sözlərinə görə, Ukraynanın dəstəyi üçün birliyi qorumaq vacibdir:

“Birliyi qorumalıyıq. Bunu edə bilsək, Ukraynanı da dəstəkləyə biləcəyik. Qərbin müharibədən yorulması ilə bağlı deyilənlər Rusiyanın təsiridir. Biz yorulmamışıq, birliyimiz və dəstəyimiz zəifləmir, Ukraynanı dəstəkləməkdə davam edəcəyik”, - nazir bildirib.