• 24 Fevral 2024
logo
Paşinyan özünü Putinin düşməni elan etdi - Kolerov

Paşinyan özünü Putinin düşməni elan etdi - Kolerov

Ermənistan və Rusiya üçün İrəvanla bağlı həqiqət anı gəlib çatdı. Ermənistanın Roma Statutunun ratifikasiyasının Putinə aidiyyəti olmadığı barədə sözləri yalandan başqa bir şey deyil.

Baymedia.az xəbər verir ki, bunu rusiyalı tarixçi və ekspert Modest Kolerov Ermənistan parlamentinin Vladimir Putinin ekstradisiyasını və həbsini tələb edən Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsini ratifikasiya etməsini şərh edərkən deyib.

“İrəvan da bunu bilir. Ermənistan bu qərarı bilərəkdən KTMT-dən çıxmaq və Qarabağdakı Rusiya sülhməramlılarına qarşı ittihamlarla uyğunlaşdırır. Paşinyan ilk olaraq 2020-ci il məğlubiyyətindən sonra 100 min ermənini Qarabağa yerləşdirib, onları girov götürüb, indi isə oradan çıxarıb. Və Rusiyadan başqa heç kim onların təhlükəsiz sığınacağını təmin etməyib. İrəvanda rusofobiya artacaq. Amma bu yeni xəbər deyil”, - o bildirib.