Əsas istiqamət olan cənuba əks-hücuma başlayandan bəri Ukrayna Müdafiə Qüvvələri artıq 260 kv.km ərazini azad edib. Son bir həftə ərzində isə orada 5 kv.km ərazi boşaldılıb.
Baymedia.az xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyib.
“Bizim əsas hücum istiqamətimiz cənubdur. Cənubda da keçən həftə bir qədər irəliləyiş əldə etdik. Xüsusilə söhbət Melitopol istiqamətindən gedir. Lakin bütün cənubda düşmən müdafiədədir. Həm Zaporojye, həm də Xerson istiqamətləri düşmənin özünü müdafiə etdiyi yerdir”, - Malyar bildirib.