• 20 Aprel 2024
logo
Rusiyada alkoqollu içkidən daha 31 nəfər öldü

Rusiyada alkoqollu içkidən daha 31 nəfər öldü

Rusiyada sidr alkoqollu içkisindən zəhərlənərək ölənlərin sayı 31 nəfərə çatıb.
Baymedia.az xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyinin məlumatında deyilir.
Bildirilib ki, hazırda 66 nəfər xəstəxanada müalicə olunur.
Qeyd edək ki, içkinin istehsal olunduğu “Andi” ASC-nin təsisçisi Anar Hüseynov iki ay müddətinə həbs olunub.
Məhkəmə-tibbi ekspertiza içkinin tərkibində metanol olduğunu aşkarlayıb.