• 19 Mart 2024
logo
Ukrayna Kaxovkaya görə NATO-dan kömək istədi

Ukrayna Kaxovkaya görə NATO-dan kömək istədi

Ukrayna NATO koordinasiya mərkəzindən Kaxovka SES-in dağıdılmasının nəticələrinin aradan qaldırılması üçün yardım istəyib.
Baymedia.az xəbər verir ki, bu barədə Alyansın mətbuat xidməti məlumat yayıb.
"Avroatlantik təbii fəlakətlərə cavab Koordinasiya Mərkəzi əhalini daşqından və onun nəticələrindən qorumaq üçün beynəlxalq humanitar yardımın göstərilməsi ilə bağlı Ukrayna tərəfindən məktub alıb", - məlumatda bildirilib.