• 19 Mart 2024
logo
ABŞ-dan Çinə kritik səfər

ABŞ-dan Çinə kritik səfər

ABŞ dövlət katibinin Şərqi Asiya və Sakit Okean məsələləri üzrə köməkçisi Daniel Kritenbrink ikitərəfli münasibətləri müzakirə etmək üçün iyunun 4-də Çinə səfər edəcək.
Baymedia.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
"Dövlət katibinin köməkçisi Kritenbrink ikitərəfli münasibətlərdəki əsas məsələləri müzakirə edəcək. Görüşə Pekində Milli Təhlükəsizlik Şurasının (ABŞ) Çin və Tayvanla əlaqələr üzrə baş direktoru Sarah Beranın da qatılacaq", - məlumatda deyilir.
Qeyd edək ki, Çinin paytaxtına səfər Dövlət Departamenti nümayəndəsinin iyunun 4-dən 10-dək olan turu çərçivəsində baş tutacaq və bu səfər zamanı rəsmi Yeni Zelandiyaya da səfər edəcəklər.