• 20 Aprel 2024
logo
Ukraynada son sözü F-16 və "Abrams"lar deyəcək

Ukraynada son sözü F-16 və "Abrams"lar deyəcək

Ukrayna hərbçilərinin artıq mənimsədiyi “Abrams” tankları əks-hücuma qədər hazır olmayacaq, lakin rusları işğal etdikləri ərazilərdən tamamilə çıxarmaq baxımından uzunmüddətli perspektivdə onlar həlledici olacaq.
Baymedia.az xəbər verir ki, bunu ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milli deyib.
O bildirib ki, F-16 qırıcıları gələcək hücumların qarşısını alacaq uzunmüddətli planın bir hissəsidir:
“II Dünya müharibəsinə baxa bilərsiniz və tarixin ən böyük tank döyüşlərindən bəziləri əslində Ukrayna torpağında aparılıb. Ona görə də tanklar həm müdafiə, həm hücum, həm də təlim, idarəetmə baxımından çox vacibdir”.