• 29 Mart 2024
logo
Rusiya Kiyevi Xəzərdən qanadlı raketlərlə vurdu

Rusiya Kiyevi Xəzərdən qanadlı raketlərlə vurdu

İyunun 2-nə keçən gecə Kiyevə dron və qanadlı raketlərlə hücum həyata keçirilib.

Baymedia.az xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Popko deyib.

“Raket buraxılışları Xəzər regionundan Tu-95MS strateji bombardmançı təyyarələrindən və “X-101/555” tipli qanadlı raketlərlə həyata keçirilib. PUA-lar eyni vaxtda müxtəlif istiqamətlərdən Kiyevə hücum edib. İlkin məlumata görə, hava hücumundan müdafiə qüvvələri 30-dan çox müxtəlif təyinatlı hava hədəflərini aşkar edərək məhv edib. Dağıntı və tələfat barədə məlumat yoxdur”, - Popko bildirib.