• 20 Aprel 2024
logo
Belqorodda partlayış: xəsarət alanlar var

Belqorodda partlayış: xəsarət alanlar var

Rusiyanın Belqorod şəhərində baş verən partlayış nəticəsində iki nəfər xəsarət alıb.
Baymedia.az xəbər verir ki, bu barədə regionun qubernatoru Vyaçeslav Qladkov Telegram kanalında yazıb.
Onun sözlərinə görə, pilotsuz uçuş aparatı (PUA) yolun hərəkət hissəsinə düşüb.
Xəsarət alanlardan biri beyin silkələnməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib, digəri isə yüngül xəsarətlar aldığından xəstaxanaya aparılmaqdan imtina edib.