• 20 Aprel 2024
logo
NATO-nun 700 hərbçisi Kosovadadır

NATO-nun 700 hərbçisi Kosovadadır

NATO-nun 700 hərbçisi artıq Kosovaya daxil olub. Lakin bu, regionda münaqişənin sülh yolu ilə həllindən imtina demək deyil.

Baymedia.az xəbər verir ki, bu barədə Alyansın Baş katibi Yens Stoltenberq deyib.

“NATO-nun 700 əsgəri qüvvələrimizi dəstəkləmək üçün artıq Kosovaya daxil olub. Lakin bu, sülh nizamlanmasından imtina demək deyil, NATO AB-nin himayəsi altında (Belqrad və Priştina arasında) danışıqları tam dəstəkləyir”, - Stoltenberq bildirib.

Qeyd edək ki, Kosovanın şimalında baş verən toqquşmalardan sonra NATO yerdəki sülhməramlıların sayını artırmaq qərarı vermişdi.