• 24 Aprel 2024
logo
Qaribaşvilinin Ukrayna bəyanatına ABŞ-dan cavab

Qaribaşvilinin Ukrayna bəyanatına ABŞ-dan cavab

ABŞ Dövlət Departamenti Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Rusiyanın Ukraynaya hücumunun səbəbi kimi ukraynalıların NATO-ya üzv olmaq istəyini göstərməsi ilə bağlı bəyanatına cavab verib.

Baymedia.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

“Rusiyanın təcavüzü 2022-ci ildə başlamayıb, bu genişmiqyaslı işğal 2014-cü ildə Krım, Luqansk və Donetsk vilayətlərinin bir hissəsinin ələ keçirilməsinin davamı idi. Rusiya Ukraynanın NATO-ya daxil olmaq istəyindən ölkəni işğal etmək üçün bəhanə kimi istifadə edib. Putini dayandırmaq məqsədilə suveren Ukrayna ərazisinə genişmiqyaslı işğalın başlanmasından bəri ABŞ daima Rusiyanı dialoq və diplomatiyaya çağırıb. Lakin Putin müharibəni seçib.

ABŞ-ın Gürcüstanın da NATO-ya üzv olmaq istəkləri ilə bağlı mövqeyi dəyişməyib. Tiflis rəsmilərini üzvlük üçün lazım olan həyati demokratik islahatları həyata keçirməyə çağırırıq. Gürcüstan NATO-nun güclü tərəfdaşıdır. ABŞ Gürcüstanın NATO-ya üzv olmaq istəklərini dəstəkləyir”, - məlumatda deyilir.

Qeyd edək ki, mayın 30-da Bratislavada keçirilən Qlobal Təhlükəsizlik Forumunda Qaribaşvili Rusiya-Ukrayna müharibəsinin səbəblərindən birinin Ukraynanın NATO-ya üzv olmaq istəyi olduğunu bildirmişdi.