• 24 Aprel 2024
logo
Paşinyan erməni icması ilə görüşdən imtina etdi

Paşinyan erməni icması ilə görüşdən imtina etdi

Moldovada səfərdə olan Ermənistan Baş naziri Nikol Paşinyan Kişinyovdakı erməni icması ilə görüşünü ləğv edib.

Baymedia.az xəbər verir ki, bu barədə Kişinyovdakı erməni icmasının rəhbəri Venera Muşeq məlumat verib.

Muşeqin sözlərinə görə, iclas iyunun 2-də keçirilməli idi:

“İclas iştirakçılarının siyahısında birinci diaspor rəhbəri kimi mənim adım vardı. Amma sonra adımın üstündən xətt çəkdilər ki, tədbirdə iştirak etməməliyəm. Bildirdim ki, burada erməniləri təmsil edirəm və Ermənistanın baş nazirinə suallarım var, niyə iştirak etməməliyəm? Təxminən bir saat əvvəl mənə zəng edərək görüşün olmayacağını dedilər”.