• 26 Aprel 2024
logo
Ukraynadan Rusiyaya daha bir kütləvi PUA hücumu

Ukraynadan Rusiyaya daha bir kütləvi PUA hücumu

Ötən sutka ərzində 10-a yaxın PUA Bryansk vilayətinin Klimovski rayonuna hücum edib.
Baymedia.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin yerli nümayəndəsi məlumat verib.
“Bütün hücumlar itkisiz və dağıntısız ötüşüb”, - o bildirib.
Onun sözlərinə görə, PUA-ların bir hissəsi Klimovski rayonunun Kurşanoviçi kəndi yaxınlığında düşüb:
“Pilotsuz təyyarələrin bəziləri vurulub, bəziləri isə elektron sistemlərlə məhv edilib”.
Qeyd edək ki, bu gün səhər saatlarında Belqorod vilayətində atəş açıldığı, nəticədə ölənlərin olduğu bildirilmişdi.