• 25 Aprel 2024
logo
Ukrayna Rusiyanın neft zavodlarına hücum etdi

Ukrayna Rusiyanın neft zavodlarına hücum etdi

Ukraynaya məxsus dronlar Krasnodar diyarındakı neft emalı zavodlarına hücumlar edib.

Baymedia.az xəbər verir ki, İlski neft emalı zavodu səhər saatlarında dron hücumuna məruz qalıb. PUA-nın çırpılması nəticəsində partlayış baş verib.

Patlayış nəticəsində xəsarət alan olmayıb və zavodun ərazisində yanğın baş verməyib.

Afipsk nefat emalı zavodu da PUA hücumuna məruz qalıb. Zavoddakı qurğuların birində yanğın başlayıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.