• 25 Aprel 2024
logo
Ukraynalılar Allaha və Budanova güvənirlər

Ukraynalılar Allaha və Budanova güvənirlər

Ötən il müharibə başlayandan ukraynalıların Allaha olan inamı xeyli artıb.
Baymedia.az xəbər verir ki, bu barədə Razumkov Mərkəzinin aprel-may aylarında keçirdiyi rəy sorğusunun nəticələrində qeyd olunub.
Rəyi soruşulanların 65.1 faizi Allaha inamlarının dəyişmədiyini, 29.1 faizi isə artdığını deyiblər. Yalnız 7 faizi Allah inamlarının olmadığını bildirib.
Ukraynalıların 32.3 faizi “gələcəklə bağlı qeyri-müəyyənliklə mübarizə aparmağa nə kömək edir” sualına “Allah” cavabını verib. 24.6 faiz isə bildirib ki, bu məsələdə Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanovun proqnozlarına güvənirlər.