• 26 Aprel 2024
logo
Ruslar “Moskviç”i yox, “Volksvagen”ni seçdi

Ruslar “Moskviç”i yox, “Volksvagen”ni seçdi

Bu ilin 4 ayı ərzində Rusiyada cəmi 35 ədəd yeni “Moskviç Z” elektromobili satılıb.
Baymedia.az xəbər verir ki, bu barədə “Avtostat” məlumat yayıb.
Rusiya istehsalı olan eletromobillər içərisində ən çox satılanlar Lipetskdəki “Motorinvest” zavodunun buraxdığı “Evolute i-Pro” (379 ədəd) və “Evolute i-Joy” (173) olub.
Ümumilikdə isə yanvar-aprel aylarında Rusiyada 587 ədəd milli istehsal olan elektromobillər satılıb. Bu da Rusiyada satılan bütün elektromobillərin 23 faizini təşkil edib. Bu müddət ərzində ölkədə 834 alman (“Volksvagen”), 616 Çin (“Voyah”, BYD, “Zeekr”) və 389 ABŞ (Tesla) elektromobilləri satılıb.