• 22 İyul 2024
logo
Belqorodda təhlükəsizlik zolağı yaradılır - Ukrayna

Belqorodda təhlükəsizlik zolağı yaradılır - Ukrayna

“Rusiyaya Azadlıq” legionu və Rusiya Könüllülər Korpusu təhlükəsizlik zolağının yaradılması məqsədilə Belqorod vilayətində əməliyyatlar aparırlar.
Baymedia.az xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəsmisi Andrey Yusov məlumat verib.
Onun sözlərinə görə, əməliyyatı Rusiya vətəndaşları aparır.
Qeyd edək ki, bu gün “Rusiyaya Azadlıq” legionu və Rusiya Könüllülər Korpusu sərhədi keçərək tank və zirehli texnikalarla Belqorod vilayəti ərazisinə daxil olublar.