• 19 İyul 2024
logo
Miçotakisin partiyası böyük fərqlə qalib gəldi

Miçotakisin partiyası böyük fərqlə qalib gəldi

Yunanıstanda keçirilən parlament seçkilərində Baş nazir Kiriakos Miçotakisin mühafizəkar Yeni Demokratiya Partiyası qalib gəlib.
Baymedia.az xəbər verir ki, bu barədə Yunanıstanın “Prothotema” nəşri məlumat yayıb.
Məlumata görə, ötən gün keçirilən seçkilərdə birinci yeri 40,79 faiz səslə Yeni Demokratiya Partiyası, ikinci yeri 20,07 faizlə ana müxalifət partiyası “Siriza”, üçüncü yeri isə 11,46 faizlə sosialist “Pasok” partiyası əldə edib.
Böyük səs fərqinə baxmayaraq, Yeni Demokratiya Partiyasının ölkənin seçki sistemində dəyişikliklərə görə mütləq səs çoxluğu əldə etməyəcəyi bildirilir.