• 23 Oktyabr 2024
logo
Zelenskidən Baxmutla bağlı açıqlama

Zelenskidən Baxmutla bağlı açıqlama

Ukrayna Prezidenti Vladimir Zelenski Baxmutun işğal edilməsini inkar edib.
Baymedia.az xəbər verir ki, bunu Ukrayna Prezidentinin mətbuat katibi Sergey Nikiforov deyib.
Nikiforov Zelenskinin ABŞ Prezidenti Co Baydenlə görüşü zamanı jurnalistlərlə söhbətinin görüntülərini yayımlayıb.
Jurnalistin, “Ruslar Baxmutu götürüblər” sualına Zelenski, “Düşünürəm ki, yox” cavabını verib.
“Baxmut dağıdılıb. Ondan çox az şey qalıb. O, bizim qəlbimizdədir”, - Zelenski əlavə edib.
Qeyd edək ki, “Röyter” agentliyi Zelenskinin Baxmutun işğalını etiraf etdiyini bildirmişdi.
Xatırladaq ki, Rusiya MN Baxmutun işğal edildiyini təsdiqləyib. Rusiya lideri Putin isə bu münasibətlə "Vaqner"i təbrik edib.