• 16 İyul 2024
logo
ABŞ Ukraynaya yeni hərbi yardım paketini elan etdi

ABŞ Ukraynaya yeni hərbi yardım paketini elan etdi

ABŞ Ukraynaya 375 milyon dollar dəyərində yeni hərbi yardım paketi ayırıb.
Baymedia.az xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.
Yeni yardım paketinə HİMARS-lar üçün əlavə sursatlar, 105 və 155 mm-lik artilleriya sursatları, TOW raketləri, “Javelin” və AT-4 tank əleyhinə komplekslər, lazerlə idarə olunan raket sistemləri üçün sursatlar, zirehli körpü sistemləri, zirehli sanitar maşınları və digər texnikalar daxildir.