• 23 Oktyabr 2024
logo
Putin Aİİ liderlərini Moskvaya toplayır

Putin Aİİ liderlərini Moskvaya toplayır

Ali Avrasiya İqtisadi Şurasının iclası mayın 25-də Rusiya paytaxtında keçiriləcək.
Baymedia.az xəbər verir ki, bunu Avrasiya İqtisadi Komissiyasının rəsmi nümayəndəsi İya Malkina deyib.
“Ənənəvi olaraq, Avrasiya İqtisadi Forumunun keçirilməsi Ali Avrasiya İqtisadi Şurasının mayın 25-də Moskvada Birlik dövlət başçılarının iştirakı ilə keçiriləcək iclasına təsadüf edir”, - o bildirib.
O qeyd edib ki, iclasın gündəliyi Avrasiya İqtisadi Komissiyası Şurasının mayın 22-də keçiriləcək iclasında təsdiqlənəcək.