• 23 Oktyabr 2024
logo
Qarabağın işğalında rol oynayan məşhur erməni cani öldü

Qarabağın işğalında rol oynayan məşhur erməni cani öldü

Qarabağda separatçı-terrorçu hərəkatın əsasını qoymuş şəxslərdən biri olan Murad Petrosyan ölüb.
Baymedia.az Globalinfo.az-a istinadla xəbər verir ki, onun 75 yaşında öldüyü bildirilib.
Qeyd edək ki, Murad Azati Petrosyan 1948-ci il yanvarın 1-də Əsgəranda doğulub, 1954-1964 Şuşadakı 2 saylı rus məktəbində oxuyub.
1983-cü il aprelin 24-də Qarabağda ilk dəfə “Bizim dağlarımız” abidəsinin yanında uydurma “soyqırım” qurbanlarının xatirəsinə həsr olunmuş mitinq təşkil edib.
Daha sonra həbs edilib, 1989-cu ildə azadlığa çıxandan sonra “özünümüdafiə” dəstələrinin təşkili və onların birləşdirilməsi ilə məşğul olub. Qarabağın işğalında həm hərbi, həm də təbliğati baxımdan ciddi rol oynayıb.
Murad Petrosyan da digər məşhur erməni caniləri kimi Qarabağın işğaldan azad edilməsini və həyatlarını həsr etdikləri ideologiyanın puça çıxmasını gördü.