• 23 Oktyabr 2024
logo
Daha 10 min məhbus Rusiya ordusuna cəlb edildi - Kəşfiyyat

Daha 10 min məhbus Rusiya ordusuna cəlb edildi - Kəşfiyyat

2023-cü ilin əvvəlindən Rusiya Müdafiə Nazirliyi Ukraynadakı hərbi əməliyyatlarda iştirak etmək üçün rusiyalı əsirlərin cəlb edilməsi sxemini gücləndirib.
Baymedia.az xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, təkcə 2023-cü ilin aprelində 10 minə qədər məhkum Rusiya ordusuna cəlb edilib. 2022-ci ilin yayından etibarən məhbuslar “Vaqner” qrupunun Ukraynadakı irimiqyaslı əməliyyatlarına cəlb olunanların əsas mənbəyi olub.