• 19 İyul 2024
logo
Leyen Kiyevə gedir

Leyen Kiyevə gedir

Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen mayın 9-da Ukraynanın paytaxtı Kiyevə səfər edəcək.
Baymedia.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının Tvitter səhifəsində bildirilib.
Leyen səfər çərçivəsində Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşəcək və Avropa Birliyinin Ukraynaya dəstəyini təsdiqləyəcək.
Xatırladaq ki, prezident Vladimir Zelenskinin fərmanına əsasən, sabahdan etibarən Ukrayna hər il mayın 9-u Avropa Günü olaraq qeyd edəcək.
Səfər çərçivəsində Ukraynanın bərpası, AB-nin gələcək dəstəyinə dair məsələnin müzakirə olunacağı nəzərdə tutulub.