• 23 Oktyabr 2024
logo
Suriya yenidən Ərəb Liqasına qaytarıldı

Suriya yenidən Ərəb Liqasına qaytarıldı

Ərəb Liqası ölkələrinin xarici işlər nazirləri Suriyanın 10 ildən çox əvvəl dayandırılmış təşkilata üzvlüyünü bərpa etmək barədə razılığa gəliblər.
Baymedia.az xəbər verir ki, nazirlər mayın 19-da Səudiyyə Ərəbistanında Ərəb Liqasının sammiti ərəfəsində təşkilatın Qahirədəki baş qərargahında keçirilən xüsusi iclasda qərara səs veriblər.
Bundan əvvəl Suriyanın Ərəb Liqasına qaytarılmasının tərəfdarı kimi Səudiyyə Ərəbistanı, bu təşəbbüsün əsas əlehdarı isə Qətər olduğu bildirilmişdi.
Qeyd edək ki, Dəməşqin Ərəb Liqasına üzvlüyü 2011-ci ildə, bir çox ərəb ölkələri Suriya hökumət ordusuna qarşı hərbi əməliyyatlara başlayan üsyançılara dəstək verdikdə dayandırılmışdı.