• 16 İyul 2024
logo
PUA-lar Rusiyanın neft zavodunu vurdu

PUA-lar Rusiyanın neft zavodunu vurdu

Rusiyanın Krasnodar diyarında yerləşən “İlski” neft emalı zavodunda partlayış baş verib.
Baymedia.az xəbər verir ki, bu barədə Baza Teleqram kanalı məlumat yayıb.
Məlumata görə, partlayışdan sonra zavodda yanğın başlayıb.
İddialara görə, buna səbəb PUA-ların hücumu olub.
Hadisə zamanı xəsarət alan olmayıb.
Qeyd edək ki, 3 mayda Krasnodar vilayətinin Volna qəsəbəsindəki neft bazasında güclü yanğın baş vermişdi.