• 23 Oktyabr 2024
logo
Yaponiyada 6,3 bal gücündə zəlzələ baş verdi

Yaponiyada 6,3 bal gücündə zəlzələ baş verdi

Yaponiyanın İşikava prefekturasında 6,3 bal gücündə zəlzələ baş verib.
Baymedia.az xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.
Məlumata görə, zəlzələ İşikava sahillərindəki Noto yarımadasında baş verib.
Yerin 10 kilometr dərinliyində baş verən zəlzələ bütün İşikava prefekturasında, xüsusən də Vacima və Suzu şəhərlərində hiss olunub.
Dağıntı və tələfat barədə məlumat verilməyib.