• 23 Oktyabr 2024
logo
Papa Fransisk Kiyevə çağırış etdi: Hücumu dayandırın!

Papa Fransisk Kiyevə çağırış etdi: Hücumu dayandırın!

Roma Papası Fransisk Ukrayna və Rusiyanı hücumdan əl çəkməyə çağırıb və danışıqların təşkili üçün öz nümayəndələrini Moskva və Kiyevə göndərməyə hazır olduğunu bildirib.
Baymedia.az xəbər verir ki, bunu Dünya Köhnə Möminlər Birliyinin sədri Leonid Sevastyanov deyib.
“Papa Fransisk Ukrayna münaqişəsinin tərəflərini hücum cəhdlərindən əl çəkməyə və danışıqlar masası arxasına oturmağa çağırıb. Onlar istəklərinə ancaq danışıqlar masası arxasında nail olacaq, döyüş meydanında isə bu, mümkün deyil. Danışıqlar hər iki tərəf üçün irəliləyişə səbəb olacaq. Əgər müharibə tərəfləri istəsə, Papa danışıqlar prosesinin başlanmasına kömək edəcək. Roma Papası danışıq aparanları istənilən vaxt Kiyev və Moskvaya göndərməyə hazırdır”, - Sevastyanov bildirib.