• 25 Aprel 2025
logo
ABŞ nüvə sualtı qayığını İran körfəzinə göndərdi

ABŞ nüvə sualtı qayığını İran körfəzinə göndərdi

ABŞ-ın “USS Florida” nüvə sualtı qayığı 5-ci Donanmanı dəstəkləmək üçün İran körfəzinə göndərilib.

Baymedia.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin yaydığı bəyanatda bildirilib.

"Suriyadakı hücumlar və İranın başqa ölkələrin ticarət gəmilərinə qarşı təhdidləri ABŞ-ı dəniz qüvvələrinin hazırlıq səviyyəsini artırmağa vadar edib", - bəyanatda qeyd edilib.

Xatırladaq ki, ABŞ və İsrail kəşfiyyat orqanları SEPAH-ın İran körfəzi və Oman dənizində İsrailə məxsus ticarət gəmilərinə PUA-larla hücumlar həyata keçirməyə hazırlaşdığını bildirmişdi.