• 25 Aprel 2024
logo
Rusiya ərazisi atəşə tutuldu: 3 yaşayış məntəqəsi...

Rusiya ərazisi atəşə tutuldu: 3 yaşayış məntəqəsi...

Ukrayna qoşunları Kursk vilayətini atəşə tutub.
Baymedia.az xəbər verir ki, bunu Rusiyanın Kursk vilayətinin qubernatoru Roman Starovoit bildirib.
O qeyd edib ki, vilayətin atəşə tutulması nəticəsində üç sərhəd yaşayış məntəqəsi elektriksiz qalıb:
“İtki və dağıntı yoxdur, lakin mərmilərə görə 3 sərhəd yaşayış məntəqəsinin elektrik təchizatı dayandırılıb. Təmir dəstələri dəymiş ziyanı aradan qaldırmağa başlayır”.