Polşa öz vətəndaşlarını Rusiya ərazisini tərk etməyə çağırıb.
Baymedia.az xəbər verir ki, bu barədə Polşa xarici işlər nazirinin mətbuat katibi Lukaş Yasinin Tvitter hesabında paylaşım edib.
“Bu, “ Voll Strit Jurnal”ın jurnalisti Evan Qerşkoviçin həbsi ilə bağlı məlumatlar kontekstində xüsusilə vacibdir”, - paylaşımda qeyd edilib.
Xatırladaq ki, Rusiya FTX-si “Voll Strit Jurnal”ın müxbiri Evan Qerşkoviçi ABŞ-a casusluqda ittiham edərək, həbs edib.