• 19 Aprel 2024
logo
Stoltenberq: İsveçin NATO-ya üzvlüyünə nail olacam

Stoltenberq: İsveçin NATO-ya üzvlüyünə nail olacam

Məqsədim İsveçin alyansa üzvlüyünü Türkiyədə keçiriləcək seçkidən sonra və iyulun 11-də keçiriləcək sammitdən əvvəl ratifikasiya etməkdir.

Baymedia.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.

O bildirib ki, İsveç Türkiyədə keçiriləcək seçkidən sonra NATO-ya üzv olmaq üçün hələ də “yaşıl işıq” yandıra bilər:

“Məqsədim Türkiyədəki seçkidən sonra, amma Vilnüsdəki sammitə qədər İsveçin ratifikasiyasına nail ola bilməkdir”.

Stoltenberq son nəticədə qərarın Ankaranın üzərinə düşdüyünü vurğulayıb.