• 19 Aprel 2024
logo
Rusiya XİN-dən İrəvanın qərarına münasibət...

Rusiya XİN-dən İrəvanın qərarına münasibət...

Hesab edirik ki, İrəvanın Beynəlxalq Cinayət Məhkəməsi haqqında Roma Statutunun öhdəliyini ratifikasiya etməsi ilə bağlı yaranan vəziyyət qarşılıqlı şəkildə məqbul tərzdə tənzimlənəcək.
Baymedia.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
"Bu mövzu həm Moskvada, həm də İrəvanda yüksək səviyyəli təmaslar zamanı müzakirə mövzusudur. Mən bu təmasların təfərrüatlarını açıqlamağı lazım görmürəm”, - deyə XİN sözçüsü bildirib.