• 29 Mart 2024
logo
ABŞ İrana bağlı qüvvələrə zərbə endirdi - Tehrandan cavab

ABŞ İrana bağlı qüvvələrə zərbə endirdi - Tehrandan cavab

ABŞ ordusunun Suriyadakı qeyri-qanuni mövcudluğu beynəlxalq hüququ və bu ölkənin ərazi bütövlüyünü pozur.

Baymedia.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmisi Nasir Kənani deyib.

“Terror qruplaşması ilə mübarizə ABŞ-ın Suriyanın işğalını davam etdirməsi və bu ölkənin resurslarını, o cümlədən enerji və taxılını daha da talan etməsi üçün sadəcə bəhanədir. İranın hərbi müşavirləri Dəməşq hökumətinin dəvəti ilə Suriyaya terrorla mübarizədə kömək etmək üçün oradadırlar”, - Kənani bildirib.

Qeyd edək ki, bir neçə gün öncə İranyönlü şiə döyüşçüləri Suriyanın Deyr əz-Zor əyalətindəki "Ömər" neft yatağı yaxınlığında yerləşən ABŞ hərbi bazasına bir neçə raket zərbəsi endirib. Buna cavab olaraq ABŞ Suriyanın şərqində Qüds qüvvələrinin, Deyr əz-Zor şəhəri istiqamətində rejim qüvvələrinə və İran milislərinə güclü zərbələr vurmuşdu.