• 19 Mart 2024
logo
Ukrayna artilleriya qüvvələrini bu istiqamətə çəkir

Ukrayna artilleriya qüvvələrini bu istiqamətə çəkir

Kiyev artilleriyasını Donetsk istiqamətinə, Artyomovska bitişik yaşayış məntəqələrinə çəkir.
Baymedia.az xəbər verir ki, bu sözləri Donbas separatçılarının nümayəndəsi Andrey Maroçko deyib.
"Minkovka, Markovo və Çasovoy Yar yaşayış məntəqələrinin ərazilərinə müxtəlif artilleriya sistemləri gətirilib. Həmçinin, bölgədə yedəkli haubitsalar, özüyeriyən və raket artilleriyaları aşkar edilib", - Maroçko qeyd edib.
Onun sözlərinə görə, Ukrayna qoşunları bu istiqamətdə həm sovet istehsalı, həm də NATO ölkələrinin artilleriya sistemlərini yerləşdirir.