• 19 Mart 2024
logo
Şimali Koreya nüvə başlıqlı PUA-nı sınaqdan keçirdi

Şimali Koreya nüvə başlıqlı PUA-nı sınaqdan keçirdi

Şimali Koreya yeni sualtı nüvə başlıqlı pilotsuz uçuş aparatını sınaqdan keçirdiyini açıqlayıb.
Baymedia.az xəbər verir ki, bu barədə “Röyters” agentliyi məlumat yayıb.
“Hail” pilotsuz sistemi qəfil hücumlar, sualtı partlayışdan istifadə edərək genişmiqyaslı radioaktiv dalğa yaratmaqla dəniz zərbə qruplarının və əməliyyat limanlarının məhv edilməsi üçün istifadə oluna bilər.
Məlumata görə, sınaqlar zamanı dron 80-150 metr dərinlikdə 59 saatdan çox suda olub və şərq sahillərində partlayıb.
Şimali Koreya bu sınaqların ABŞ və Cənubi Koreyanın düşmənçilik təlimlərinə birbaşa cavab olduğunu qeyd edir.