• 19 Mart 2024
logo
NATO bu münaqişədə birbaşa iştirak edir - Medvedyev

NATO bu münaqişədə birbaşa iştirak edir - Medvedyev

Şimali Atlantika Alyansı Ukrayna münaqişəsində birbaşa iştirak edir. Belə ki, NATO-nun 3,6 milyonluq ordusundan burada istifadə edilir.
Baymedia.az xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev deyib.
O qeyd edib ki, NATO analitikləri hərbi əməliyyatlarda iştirak faktını etiraf ediblər:
“Onlar (NATO - red.) təbii ki, belə bir hibrid münaqişədə iştirak edirlər və artıq bunu gizlətmirlər. Həmçinin, Kiyev rejimini də texnika, silah və pulla təmin edirlər”.