• 19 Mart 2024
logo
Fransada aksiya: Səfərbərlik elan edildi

Fransada aksiya: Səfərbərlik elan edildi

Fransada pensiya islahatı qanun layihəsinin qəbul edilməsi ilə bağlı etiraz nümayişləri səngimək bilmir.

Baymedia.az xəbər verir ki, bu gün ölkədə ümumi səfərbərlik elan edilib. Bir çox mühüm obyektlərdə tətillər davam edir.

Məlumata görə, həmkarlar ittifaqlarının tətil çağırışına bir çox mətbuat orqanları da qoşulub. Radio və televiziya yayımı, eləcə də internet səhifələrinin fəaliyyəti dayanıb.

Fransanın şəhərlərində nümayişçilər pensiya islahatları ilə hökumətin onları radikallaşdırdığını bildiriblər.

Bu gün bütün ölkə ərazisində insanlar etiraz nümayişinə çıxıblar. Aeroportlar kerosin çatışmazlığı ilə üzləşiblər. İctimai nəqliyyat isə tamamilə pozulub. Bir çox şəhərlərdə etirazçılar nümayişi gecə saatlarında da davam etdirirlər.