• 19 Mart 2024
logo
Qərbin planı: Rusiya belə bölünəcək - Medvedyev

Qərbin planı: Rusiya belə bölünəcək - Medvedyev

Qərb Rusiyadakı situasiyanı destabilizasiya edib, ölkəni hissələrə bölmək istəyir. Nəticədə ayrılan hissələr özünümüdafiə imkanlarından məhrum olacaq və NATO-ya üzvlük qarşılığında zənginliklərini itirəcəklər.
Baymedia.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev deyib.
“Onlara ən ciddi nüvə qalxanı olan, amerikalıların dediklərinə əməl etməyə nəhəng ölkə lazım deyil. Qərbin arzusu çox sadədir. Siyasi situasiyanı destabilizasiya edib, ölkəni hissələrə bölüb, onların hər biri ilə danışıb, bu hissələrin hər birində denuklearizasiya ve demilitarizasiya aparıb, daha sonra onların müdafiəsi üçün öz xidmətlərini təklif etmək istəyirlər”, – Medvedyev bildirib.
Sədr müavini Qərbin Rusiya ilə heç bir bərabərhüquqlu tərəfdaşlıq istəmədiyini qeyd edib. O, eyni yanaşmanın artıq Çinlə bağlı da sərgiləndiyini söyləyib:
“Anqlosakson dünyası özü üçün təsəvvürlər hazırlayıb. Bu baxışlara əsasən, dünya onlarındır, onlar idarə edir, onlar qaydaları müəyyən edirlər. Anqlosakson dünyası hər şeyi idarə etmək istəyir və SSRİ-nin çöküşündən sonrakı müəyyən müddətdə buna müvəffəq olublar. Lakin sonra qəfildən Çin start götürdü, daha sonra biz də özümüzü sərbəst aparmağa başladıq. Bu onların heç xoşuna gəlmir, ona görə də yaxın illərdə sakit durmayacaqlar”.