• 29 Mart 2024
logo
Çağırış: Bu iki ölkə birləşsin!

Çağırış: Bu iki ölkə birləşsin!

Moldova və Rumıniyanın birləşməsi respublikanın AB-yə daxil olmasından daha real perspektivdir.
Baymedia.az xəbər verir ki, bunu Moldovanın keçmiş baş naziri Vlad Filat deyib.
“Vətəndaşların Avropaya inteqrasiya ideyası ətrafında səfərbər olunması illüziyadır. AB-yə qoşulmağın yeganə real yol olduğunu söyləmək doğru deyil. Düşünürəm ki, iki Rumıniya dövlətinin yenidən birləşməsinə nail olmaq AB-yə daxil olmaqdan qat-qat yaxındır”, - o bildirib.
Filat vurğulayıb ki, AB-yə qoşulmaq və yenidən birləşmə (Rumıniya ilə – red.) bir-birinə ziddiyyət təşkil etməməlidir.