• 19 Mart 2024
logo
İsrail Hələb aeroportunu vurdu

İsrail Hələb aeroportunu vurdu

İsrail təyyarələri Hələb beynəlxalq hava limanı yaxınlığına raket zərbələri endirib.
Baymedia.az xəbər verir ki, bu barədə Suriya Müdafiə Nazirliyi məlumat yayıb.
“Yerli vaxtla saat 03:55-də İsrail Aralıq dənizindən Hələb beynəlxalq hava limanı ərazisinə bir neçə raket zərbəsi endirib”, - məlumatda qeyd olunub.
Hücum nəticəsində hava limanına maddi ziyan dəydiyi bildirilib.