• 19 Mart 2024
logo
Mask Ağ Ev üçün problemə çevrilib - KİV

Mask Ağ Ev üçün problemə çevrilib - KİV

“Speys X” və “Tesla” şirkətlərinin qurucusu İlon Maskın Ukrayna ilə bağlı mövqeyi və onun Tvitter sosial şəbəkəsinin təsirinin genişlənməsi Ağ Ev üçün problemə çevrilib.
Baymedia.az xəbər verir ki, bu barədə “Blumberq” agentliyi məlumat yayıb.
“ABŞ siyasətindən fərqli olaraq Mask həm Ukraynadakı münaqişəyə son qoymaq üçün Rusiyaya uyğun plan, həm də Çin və Tayvanın birləşdirilməsi sxemini təklif edib”, - məlumatda bildirilib.
Müəlliflərin fikrincə, Mask müxtəlif sahələrdə hökumətlə müxtəlif dərəcədə kəsişən beş şirkətə nəzarət edir ki, bu da iş adamına böyük qlobal təsir imkanları verir.