• 19 Mart 2024
logo
Donfrid vəzifəsini tərk edir - Səbəb

Donfrid vəzifəsini tərk edir - Səbəb

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid vəzifəsindən istefa verəcək.

Baymedia.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin rəsmisi bildirib.

Qeyd olunub ki, Donfridin şəxsi həyatına daha çox vaxt ayırmaq üçün martın sonunda vəzifəsini tərk edəcəyi gözlənilir.

Hazırda onu kimin əvəzləyəcəyi ilə bağlı məlumat yoxdur.