• 27 Aprel 2024
logo
Suriya baş nazirinin bacısı zəlzələdə öldü

Suriya baş nazirinin bacısı zəlzələdə öldü

Suriyanın Baş naziri Hüseyn Arnusun bacısı Nəsub Arnus ölkənin mərkəzində yerləşən Həma şəhərində binanın uçması nəticəsində dünyasını dəyişib.
Baymedia.az xəbər verir ki, bu barədə Suriyanın “Vətən” qəzeti məlumat yayıb.
Məlumata görə, baş nazirin bacısı ilə birlikdə bir neçə uşaq və nəvəsi də həlak olub.
Xatırladaq ki, bu gün Türkiyənin cənubundakı Qəhrəmanmaraş vilayətində 7,4 bal gücündə zəlzələ baş verib. 912 nəfər ölüb, 5385 nəfər isə yaralanıb.
Zəlzələ Suriyada da böyük dağıntı və insan tələfatına səbəb olub.