• 19 Aprel 2024
logo
Bütün Ermənistan kədər içindədir – Tevanyan

Bütün Ermənistan kədər içindədir – Tevanyan

Rusiya XİN rəhbəri Sergey Lavrovun son açıqlamasından hər birimiz kədərlənirik, amma reallıqlar var. Biz başqa ölkələrdən, müttəfiq dövlətlərdən bizim hakimiyyətdən daha çox ermənipərəst olmağı tələb edə bilmərik.
Baymedia.az xəbər verir ki, bunu Ermənistan parlamentinin müxalifətçi deputatı Andranik Tevanyan deyib.
“Praqa görüşü Qarabağ nizamlanmasının məntiqini tamamilə dəyişib. Paşinyan Praqada keçirilən dördtərəfli görüşdə Qarabağı Azərbaycanın bir hissəsi hesab edibsə, o zaman bütün digər şəxslərin bəyanatları bu çərçivəyə uyğundur”, - o bildirib.