• 23 İyun 2024
logo
Putin məni raket hücumu ilə hədələdi - Conson

Putin məni raket hücumu ilə hədələdi - Conson

Rusiyanın Ukraynaya hücumundan əvvəl Vladimir Putinlə telefonla danışdım və o məni raket hücumu ilə hədələdi.
Baymedia.az xəbər verir ki, bunu Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson deyib.
Conson Putinə müharibənin tamamilə fəlakətlə nəticələnəcəyi, Qərbin sanksiyaları və Rusiya sərhədlərində NATO qoşunlarının mövcudluğunun artmasına səbəb olacağı barədə xəbərdarlıq edib.
O, həmçinin rusiyalı prezidentə Ukraynanın yaxın gələcəkdə Alyansa qoşulmayacağını da bildirib:
“Bir anda o məni hədələdi və dedi: "Boris, mən səni incitmək istəmirəm, ancaq raket zərbəsi ilə bu, bir dəqiqə çəkəcək" və ya buna bənzər bir cümlə işlətdi”, - o bildirib.
Conson müharibə zamanı Ukrayna Prezidenti Vladimir Zelenskiyə təhlükəsiz yerə köçmək üçün necə kömək təklif etdiyini xatırlayıb:
"O, mənim təklifimi qəbul etmədi. O, qəhrəmancasına olduğu yerdə qaldı".