• 19 Mart 2024
logo
İran haker hücumları edəcək – Xəbərdarlıq

İran haker hücumları edəcək – Xəbərdarlıq

İran və Rusiyadan hədəflənmiş fişinq kiberhücumları gözlənilir.
Baymedia.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Milli Kibertəhlükəsizlik Mərkəzinin ekspertləri xəbərdarlıq ediblər.
Milli Kiber Mərkəzi bu tip hücumlarda İran və Rusiya hökumətləri ilə əlaqəli hakerlərin istifadə etdiyi üsul və taktikaları izah edib və zərəri azaltmaq üçün tövsiyələr verib.
“Saxta kodlarla konfranslarda iştirak etmək və ya Zum (Zoom) görüşlərində iştirak etmək üçün saxta dəvətnamələr göndərmək qurbanları tələyə salmağın yollarından biridir”, - məlumatda deyilir.