• 27 İyul 2024
logo
Bütün Pakistanda elektrik enerjisi kəsildi

Bütün Pakistanda elektrik enerjisi kəsildi

Bu gün səhər saatlarından etibarən Pakistanda bütün ölkə üzrə işıqlar sönüb.
Baymedia.az xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyi məlumat yayıb.
“İlkin məlumatlara görə, bu səhər milli şəbəkənin sistem tezliyi 7.34-ə düşüb, nəticədə elektrik enerjisi geniş şəkildə kəsilib”, - nazirlik qeyd edib.
Ölkənin mərkəzi elektrik şəbəkəsində yaranmış nasazlığın aradan qaldırılması üçün işlər davam etdirilir.